Azərbaycan artıq dünya saç sənayesində öz sözünü deməyə başlayıb.
Axşam.az xəbər verir ki, Bakıda keçirilən “ELBEY Global Masterclass 2026” buna ən böyük nümunələrdən biri oldu. Dünyada tanınan azərbaycanlı colorist Elbəy Ağayevin təşkil etdiyi tədbir böyük maraqla qarşılanıb. Tədbirə yalnız Bakıdan deyil, Azərbaycanın müxtəlif bölgələrindən, eyni zamanda Qazaxıstan, Türkiyə, Rusiya və digər qonşu ölkələrdən çox sayda iştirakçı qatılıb.
Həm müştərilərinin, həm də saç ustalarının sevgisini və hörmətini qazanan Elbey Ağayev tədbir zamanı verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.
O bildirdi ki, Azərbaycanda işləyən saç ustaları və stilistlər dünyanın ən çox əziyyət çəkən və ən güclü stilistlərindən biridir.
“Bunun səbəbini açıqlayım. Qafqaz insanları dünyanın ən tələbkar insanlarıdır və onlarla işləmək böyük məsuliyyət tələb edir. Digər səbəb isə Qafqaz saçının dünyanın ən çətin saç tiplərindən biri olmasıdır. Bu saçla işləmək həm texniki bilik, həm də yüksək peşəkarlıq istəyir. Buna baxmayaraq Azərbaycan stilistləri və “coloristləri çox güclü nəticələr ortaya qoyur. Təəssüf ki, bu sahədə bəzən dəstək olmaq əvəzinə rəqabəti yanlış formada aparmaq, bir-birini aşağı çəkmək də olub və bu da inkişafın qarşısını alıb” deyə, Elbey Ağayev vurğulayıb.