Dünən “Eurovision” 2013 müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxan Moldova təmsilçisi Aliona Moon azərbaycanlı müğənnini təkrarlayıb.
Axşam.az-ın məlumatına görə, Aliona ötən il ölkəmizi müsabiqədə təmsil edən Səbinə Babayevanın libasının bənzərini geyinib.
Səhnəyə içərisi lazer işıqları ilə bəzədilmiş libasla çıxan Aliona “O mie” mahnısını ifa edib.
Qeyd edək ki, Alionanın bu geyimlə Azərbaycan ifaçısını təkrarladığını xarici mətbuat da yazıb.