Dünyaca məşhur «Evdə tək» filminin ulduzu Makauley Kalkinin həyatı təhlükədədir.Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, yaxınları 32 yaşlı aktyorun gün ərzində 60 dənə siqaret çəkdiyini bildirib.
“National Enquirer” dərgisinə danışan dostu Kalkinin siqareti əlindən yerə qoymadığını deyib.
“Hər zaman əlində siqaret var. Bu pis vərdişin zərərləri artıq özünü biruzə verir. O, tez-tez öskürür və dişləri saralmağa başlayıb” – deyə aktyorun dostu sözlərinə əlavə edib.
Kalkinin meneceri Mişel Bega isə iddiaları yalanlayıb: “Bu, gülməli uydurmadır”.