Ötən gün sayca 66-cısı keçirilən Kann film festivalının təntənəli açılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, baş rolunu Leonardo Di Kaprionun oynadığı “The Great Gatspy” filminin nümayişi ilə başlayan gecədə dünya ulduzları bir araya gəlib.
Gecəyə qatılan bəzi məşhurlar güclü yağış səbəbindən qırmızı xalçada gəzməkdə çətinlik çəkib.
Qeyd edək ki, bu il festivalda “Qızıl palma” mükafatı uğrunda 20 film yarışacaq. Festivalın finalı mayın 26-da baş tutacaq.