"Dahi Qetsbi" filminin premyerası oldu

"Dahi Qetsbi" filminin premyerası oldu
2509 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “28 Cinema”da “Dahi Qetsbi” 3D filminin qapalı premyerası keçirilib.

Axşam.az-ın məlumatına görə, “Nargis” jurnalının və “28 Cinema”nın birgə təşkilatçılığı ilə baş tutan premyerada tanınmış simalar, mədəniyyət və incəsənət xadimləri də iştirak edib.

Aparıcılığını Tural Əsədovun etdiyi mərasimə xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva da qatılıb.

Qeyd edək ki, baş rolunu aktyor Leonardo Di Kaprionun ifa etdiyi filmin rejissoru Baz Rulmandır. Drama, melodrama janrında olan film Avstraliya və ABŞ istehsalıdır. Filmdəki hadisələr 1922-ci ildə cərəyan edir.

Foto: Rəşad ABBASOV