Müğənni Elnarə Xəlilova ciddi pəhrizə başlayıb.
O, Axşam.az saytına açıqlamasında arıqlayıb, model kimi incə olacağını deyib:
“İndiyə kimi 3 kiloqram atmışam. Hazırda 60 kiloqramam. Daha 6 kiloqram da arıqlamalıyam. Ondan sonra əsl model ölçüsündə olacağam”.
Müğənni pəhriz sirrini də açıqlayıb:
“Bütün günü su içirəm. Axşamtərəfi isə ancaq tərəvəz yeyirəm. Bu, həm sağlamlıq üçün yaxşıdır, həm də tez arıqlamağıma kömək edir”.