Dünən “Eurovision 2013" müsabiqəsinin yarımfinalından sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, yarışmaya “Marry me” (Mənimlə evlən) mahnısı ilə qatılan finlandiyalı təmsilçi Krista Siegfried Azərbaycan müğənnisi Fərid Məmmədova ərə getmək istədiyini deyib.
Aparıcının “Krista, kiminlə evlənəcəksən” sualına müğənninin cavabı belə olub: “Əgər Fərid istəyərsə, ona ərə gedərəm”.
Fərid isə zarafatla “əgər sən məndən möhkəm yapışsan, bu, mümkün ola bilər” deyib.
Xatırladaq ki, finlandiyalı təmsilçi ötən gün ifasının sonunda qadın vokalistlə öpüşmüşdü. O, bu addımı ölkəsinin həmcins evliliyə icazə verməməsinə etiraz edərək atdığını deyib.