Türkiyə mətbuatı: "Elçin Cəfərov Yalını təqlid edib"

Türkiyə mətbuatı: "Elçin Cəfərov Yalını təqlid edib"
2018 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur xəbər portalı haber365.com müğənni Elçin Cəfərovdan məqalə hazırlayıb.

Axşam.az-ın məlumatına görə, yazıda Elçinin müğənni Yalını təqlid etdiyi iddia edilib.

“Azərbaycan müğənnilərinin türk ulduzlarına olan heyranlıqları bitmək bilmir. Bu dəfə Elçin Cəfərov adlı sənətçi Yalının “Ah Be Kardeşim” klipini təqlid edib. O, Yalının 2009-cu ildə çəkdirdiyi klipi eynisi ilə kopyalayıb.

Yalının evlərin arasıyla gəzdiyi, küçənin ortasında mikrofonla mahnı söylədiyi, gənc qızlarla şəkil çəkdirdiyi səhnələr “Mənə Onu Çağırın Gəlsin” adlı mahnının klipində olduğu kimi təkrarlanıb. Elçinin geyindiyi paltar da Yalının klipində geyindiyi libasın bənzəridir”.