“Eurovision 2013" mahnı müsabiqəsində ölkəmizə ikinciliyi qazandıran Fərid Məmmədov səsi ilə yanaşı görünüşüylə də çoxlarının rəğbətini qazanıb.
Axşam.az-ın məlumatına görə, Rusiyanın məşhur aparıcısı Anfisa Çexova təmsilçimizə heyran olub.
O, Fərid haqda “Tvitter”dəki profilində bunları yazıb:
“Azərbaycan ifaçısı necə də seksualdır. Çıxışını da çox bəyəndim. Gecədə bəyəndiyim ən yaxşı mahnı idi. Bircə rəqs edən qız yerində deyildi. O, kölgə kimi görünsəydi, daha yaxşı olardı”.