Erməni qız da Azərbaycana səs verdi

Erməni qız da Azərbaycana səs verdi
2030 dəfə oxunub
  • A-
  • A
  • A+

“Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!”

“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədova Ermənistandan da səs verənlər olub.

Bunu açıq şəkildə bəyan edənlər də var. Melina Arzumanyan adlı "Tvitter" istifadəçisi bloqunda yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!".

Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. "Virtual terror"dan bezən Arzumanyan bloqunu gizlətməyə məcbur olub.