Türkiyəli müğənni və aktrisa Hülya Avşar 66-cı Kann kino festivalında iştirak edib.
Axşam.az-ın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, “Chopard” firmasının Türkiyə siması olaraq tədbirə qatılan Avşar 16 milyon lirə dəyərində (təxminən 6 milyon manat) zümrüd və brilliant daş-qaşlı boyunbağı taxıb.
Aktrisa festivala ciddi şəkildə hazırlaşıb. O, bunun üçün Türkiyədən saç və makiyaj ustası, köməkçi, modelyer və mühafizəçilərdən ibarət 15 nəfərlik heyətlə Almaniyaya uçub.