“Nargis” jurnalının baş redaktoru, professor Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudova jurnalın yay buraxılışı üçün maraqlı fotosessiya hazırlayıb.
Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Mahmudovanın yeni fotoları jurnalın rəsmi saytında yerləşdirilib. Yay əhval-ruhiyyəsini özündə əks etdirən fotolar jurnalın yay nömrəsi, “Baş redaktorun məktubu” rubrikası üçün nəzərdə tutulub.