“Kurtlar Vadisi” serialındakı Çakır obrazı ilə tanıdığımız aktyor Oktay Kaynarca boşanır.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, buna aktyorun reklamçı həyat yoldaşı Mələk Angunun qısqanclığı səbəb olub.
Kaynarca məhkəməyə təqdim etdiyi ərizədə bunları yazıb:
“Məni çox qısqanır. Hətta ailəvi qohumlarımla belə görüşməyimi əngəlləyirdi. Evliliyimizin ilk vaxtlarından bir-birimizlə anlaşa bilmədik. Bu qısqançlıqlar səbəbindən problemlər yaşadıq. Mən kino və teatr sahəsində tanınan, hörmət edilən aktyoram. Onunla aramda fərqli cəhətlər ortaya çıxdı”.