Cennifer rəqs edib sevgilisiylə öpüşdü

Cennifer rəqs edib sevgilisiylə öpüşdü
2699 dəfə oxunub
  • A-
  • A
  • A+

Las-Veqasda keçirilən “Bilboard musiqi mükafatı” mərasimi maraqlı məqamları ilə yadda qalıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyanın ən məşhur ulduzlarının qatıldığı gecədə müğənnilər mükafatlarla təltif edilib.

Səhnədə ən çox maraq doğuran müğənni Cennifer Lopesin seksual rəqsi olub. Qırmızı libası, nümayişi ilə qonaqları təəccübləndirən Ceylo tədbirə sevgilisi və uşaqları ilə qatılıb. Dünya şöhrətli ulduz hər kəsin gözü önündə Kasper Smartla dodaq-dodağa öpüşdüyü an paparatsilərin obyektivinə tuş gəlib.

Digər maraqlı məqam isə yenicə ayrılan sevgililər müğənni Selena Qomez və Castin Biberin üz-üzə gəlməsi olub.