Türkiyəli aktrisa Bergüzar Korel iyunun 24-də final bölümü çəkiləcək “Qaradayı” serialının növbəti mövsüm üçün qonorarını bəri başdan alıb.
Axşam.az-ın məlumatına görə, Korel 1 il ərzində çəkiləcək bölümlər üçün 1 milyon 200 min (təxminən 600 min manata yaxın) lirə pul əldə edib.
Aktrisanın həyat yoldaşı, “Möhtəşəm yüzil” serialında Sultan Süleyman obrazını canlandıran aktyor Halit Ərgənc də növbəti mövsümdə eyni məbləği qazanacaq.
Beləliklə, onlar türk televiziya tarixinin ən çox qazanan cütlüyü siyahısında ilk pilləyə yüksəlib.