Türkiyəli müğənni Dəmət Akalın yeni “Porsche” markalı avtomobiliylə ortaya çıxıb.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, müğənninin jurnalistlərin “bu maşını indiyədək görməmişik. Yeni almısınız” sualına cavabı təəccüblü olub:
“Xeyr, keçən il almışam. Amma o qədər çox avtomobilim var ki... Hətta qarajda saxlamağa yer qalmayıb”.