"Əgər qadın cazibədardırsa..." - Nigar Camal

"Əgər qadın cazibədardırsa..." - Nigar Camal
7634 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nigar Camal “Nərgiz” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, sənətçi kişi ilə qadın arasındakı dostluqdan danışıb.

“Fikrimcə, kişilər heç vaxt həqiqi dostluq etməyi bacarmır. Əgər qadın cazibədardırsa, gec-tez kişidə ona qarşı hisslər yaranacaq. Burada hər şey qadının ağıllı olmasından və kişinin mədəniyyətindən asılıdır. Bəzi incə ruhlu kişilər qadınlarla dostluq etməyi bacarır. Maço tiplilər isə başqa cür davranır. Mən də oğlanlar arasında böyümüşəm. Onlarla oynayır, ağaca çıxırdım. Bizim ortaq maraqlarımız var idi. Amma bir gün hər şey dəyişir  və onlar sənə qarşı sevgi hissi bəslədiklərini deyirlər”.

Nigar həyatda ən çox güvəndiyi insanın Eldar olduğunu deyib:

“Biz səhnədə sevgili obrazı yaradırıq, kənarda isə dostuq. Bu dostluq hissləri heç vaxt dəyişməyəcək. Biz bir-birimizlə sirlərimizi bölüşürük. Əgər əhvalım pisdirsə, Eldara zəng edirəm, bilirəm ki, mənə məsləhət verəcək. Amma keçmiş sevgili ilə dost olmaq hekayəsinə heç inanmıram”.