Şahzadə ərinə xəyanətdə günahlandırılır

Şahzadə ərinə xəyanətdə günahlandırılır
1575 dəfə oxunub
  • A-
  • A
  • A+

Monako şahzadəsi II Albertin xanımı şahzadə Şarlen Uitstokun ərinə xəyanət etdiyi iddia olunur.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, şahzadə Albertin iki il öncə evləndiyi CAR vətəndaşı, üzgüçü Şarlen tərəfindən artıq uzun müddətdir ki, xəyanətə məruz qaldığı xəbəri yayılıb.

“First Lady” ərinə xəyanəti o, Amsterdamda olarkən edib. Belə ki, II Albert Amsterdamda kralllığın tacqoyma mərasiminə yollanıb. Bu zaman Şarlen Cənubi Afrikada uzun müddət öncə hazırlanmış xeyriyyəçilik təşkilatına qatılacağını bildirib. Lakin o, yeni zellandiyalı reqbiçi Bayron Kelleherlə tenis matçında ikən paparatsilərin obyektivinə tuş gəlib.

Cütlüyün şəkilləri ilk dəfə Cənubi Afrika mətbuatında, daha sonra isə dünya mətbuatında yayılıb. Yayılan şayiə ilə bağlı hələ ki, Monako sarayından açıqlama verilməyib.