Hamını aldatdı

Hamını aldatdı
2129 dəfə oxunub
  • A-
  • A
  • A+
Açılışı olduğu gündən ətrafında söz-söhbətlər səngiməyən Kann film festivalında daha bir şok yaşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə tədbirə saxta PSY qatılıb. “Gangnam style” mahnısı ilə dünyada məşhur olan PSY-ni yamsılayan bu kişi hər kəsi aldatmağı bacarıb. O, festival çərçivəsində keçirilən bütün partilərə qatılıb, məşhur simalarla şəkillər çəkdirib, fotoqrafların qarşısına çıxıb.
 
Daha sonra isə onun 34 yaşlı Denis Karre olduğu ortaya çıxıb. 

Türkiyəli aktrisa Hülya Avşar, Hollivudun məşhur simaları Naomi Harris, Adrian Brodi, basketbolçu Nikolas Batum və digərləri də saxta PSY ilə foto çəkdirənlər sırasında olub.