Xalq artisti Brilliant Dadaşova solo konsertindən əvvəl media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, bu gün baş tutan tədbirdə müğənni 12 il aradan sonra verəcəyi konsertindən danışıb.
O, çox həyəcanlı olduğunu və gecəyə ciddi hazırlaşdığını deyib.
“İnanıram ki, musiqini sevən, duyan hər bir tamaşaçı konsertimdən zövq alacaq, razı gedəcək. Konsertdə səhnə dekoratsiyası üçün avadanlıqlar və işıq sistemləri Türkiyədən gətirilib. Gecədə hər şey möhtəşəm olacaq. 12 il aradan sonra yenidən həmin səhnədə çıxış edəcəyəm” deyə Brilliant Dadaşova əlavə edib.
Qeyd edək ki, “Fire Land production” tərəfindən təşkil edilən konsert mayın 29-da Heydər Əliyev Sarayında baş tutacaq.
“Apar məni” adlanan konsertin rejissoru xalq artisti Zülfiyyə Xanbabayevanın prodüseri Nigar Hacızadədir.
Foto: Rəşad Abbasov