“Eurovision” təmsilçimiz Fərid Məmmədov ötən gün pərəstişkarları ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, müğənni əvvəlcə “Araz FM”də aparıcı Səxavət Nurun qonağı olub, onun suallarını cavablandıraraq, müsabiqə təəssüratlarından danışıb.
Daha sonra gənc ifaçı sevənləri ilə şəkillər çəkdirib, onların hədiyyələrini qəbul edib.
Sonda isə Fərid üzərində onun şəkli olan tortu kəsib.