Ötən gün türkiyəli müğənni Sərdar Ortac Naxçıvanda konsert verib.
Axşam.az-ın məlumatına görə, Sərdardan əvvəl səhnəyə müğənni Elçin Cəfərov, Günay İbrahimli, Günel Məhərrəmova çıxıb.
Aparıcılığını Nərgiz Cəlilovanın etdiyi gecədə müğənnilər sevilən mahnılarını səsləndiriblər. Yağış yağmasına baxmayaraq, açıq havada baş tutan konsert tamaşaçı ilə dolu olub.