Türkiyəli müğənni Hadisə Alanya konsertində rəqsləri və geyimi ilə tamaşaçıları heyran edib.
Axşam.az-ın məlumatına görə, “Beynəlxalq Alanya turizm və sənət şənliyi”ndə səhnəyə ilk olaraq dicey İdo Tatlısəs çıxıb.
Şən mahnıları ilə qonaqları əyləndirən İdonun ardından səhnəni Hadisə ələ alıb.
Ağ qısa libası ilə səhnəyə çıxan türkiyəli müğənni rəqsləri və ifası ilə hər kəsi heyrətləndirib.
Konsertin sonunda Hadisəyə çiçək və üzərində “Alanya Bələdiyəsi” yazan boşqab hədiyyə ediblər.