Rusiyanın “RU.TV” telekanalı tərəfindən keçirilən “Rus musiqi mükafatı” keçirilib.
Axşam.az-ın məlumatına görə, “Crocus city hall”da baş tutan gecəyə şou-biznesin ən məşhur simaları yığışıb.
Onlar arasında “Eurovision 2011” müsabiqəsində Azərbaycana birincilik gətirən Nigar Camal da olub. Nigar Dima Bilanla oxuduğu “Obnimi menya” dueti ilə “İlin dueti” nominasiyası uğrunda mübarizə aparıb.
Lakin “İlin dueti” mükafatına Timati və Qriqori Lepsin “London” mahnısı layiq görülüb. 19 müğənninin özəl “Samovar”ı aldığı gecədə əyləncəli anlar yaşanıb.