“Uşaqların xoşbəxt gələcəyi” təşkilatı ürək qüsuru olan körpələrlə bağlı xeyriyyə tədbiri keçirib.
Axşam.az-ın məlumatına görə, restoranlardan birində “Angels Heart” (Mələklərin ürəyi) adı altında baş tutan gecəyə bir sıra qonaqlar qatılıb.
Təşkilatın sədri Nərgiz Kərimovanın rəhbərliyi ilə keçirilən tədbirin aparıcılığını Tural Əsədov edib.
Gecədə rəssam Vüqar Muradovun əsəri hərraca çıxarılıb. Tədbirdə sponsorların və qonaqların dəstəyi ilə 15 min dollar pul yığılıb.
Həmin məbləğ ürəyində qüsur olan körpələrin müalicəsinə sərf ediləcək.