Türkiyənin Antalya vilayətinin Alanya şəhərində çimərlik mövsümünün açılışı münasibətilə parti keçirilib.
Axşam.az-ın məlumatına görə, gecənin ən maraqlı anlarından biri skandinaviyalı turistlərin erotik yarışları olub.
“Mayami” adlanan çimərlikdəki şənlik manqal səfası ilə başlayıb. Daha sonra dəniz kənarına yollanan turistlər maraqlı nümayişlərdə iştirak edərək qonaqları əyləndiriblər.
Şar partlatma oyunu isə erotik görüntülər ortaya çıxarıb. Şənliyin təşkilatçıları yazın ilk tədbirinin gözlədikləri kimi maraqlı alındığını deyib.