Türkiyənin “TRT” telekanalında yayımlanan “Zəngin qız, kasıb oğlan” serialının qəhrəmanları Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, serialda baş rolu ifa edən Kamal – Hüseyin Avni Danyal və Nurhan – Ufuk Özkan “Park Bulvar” alış-veriş mərkəzində imza günü keçirib.
Azərbaycanlı pərəstişkarların göstərdiyi sevgidən məmnun qalan türkiyəli aktyorlar Bakıya heyranlıqlarından danışıblar.
Hüseyin Avni Danyal və Mahir İpəklə yanaşı tədbirdə aktrisa Sənubər İsgəndərli, Əzizağa Əzizov və müğənni Mila da olub.
Xatırladaq ki, Hüseyin Avni Danyal tamaşaçıların daha çox "Kurtlar Vadisi Pusu" serialındakı Bulut obrazı ilə yaddaşında qalıb.
Foto: Rəşad ABBASOV