ANS ÇM ad gününü belə qeyd etdi (Fotolar)

ANS ÇM ad gününü belə qeyd etdi (Fotolar)
2941 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Yasamal parkında 28 May Respublika Günü və ANS ÇM-in ad günü münasibətilə möhtəşəm konsert keçirilib. 

Tədbirin aparıcıları ANS ÇM-in DJ-ləri Aytən Səfərova və Valid Əliyev olub. Hər iki aparıcı konsert boyu tamaşaçıları əyləndirib.

Tədbirin açılışını edən müğənni Samiranın ardınca səhnəyə əməkdar artisti Elza Seyidcahan, müğənnilər Kərim, Sevda Yəhyayeva, Rəşad İlyasov, rəqqasə Fatimə,Zamiq və digərlərinin çıxışları ANS tamaşaçılarına zövq bəxş edib.

Konsertin sonunda isə xalq artisti Faiq Ağayevin 1 saat dayanmadan çıxış etməsi xüsusi coşğu ilə qarşılanıb.

Qeyd edək ki, konsertin fəxri qonaqları qismində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, vitse-prezidenti Mirşahin Ağayev də iştirak edib.

Konsert ANS Şirkətlər Qrupunun və Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

ANS PRESS