Xalq artisti Brilliant Dadaşovanın “Apar məni” adlı solo konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, “Fire Land production”un təşkilatçılığı ilə keçirilən gecədə qonaqlar əyləncəli anlar yaşayıb.
Məşhur sənətçilər - əməkdar artist Elza Seyidcahan, Tünzalə Ağayeva, müğənni Sevda Yahyayeva, Zamiq, meyxanaçı Namiq Qaraçuxurlu və digərlərinin qatıldığı konsertdə Brilliant Dadaşova sevilən mahnılarıyla tamaşaçıları feyziyab edib.