Damla Şəfanın mahnısını oxudu - video

Damla Şəfanın mahnısını oxudu -  video
9751 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Damla repertuarına həyatını avtomobil qəzasında itirən sənətçi Şəfanın “Sevgi qatarı” mahnısını daxil edib.

Axşam.az xəbər verir ki, ifaçı söz və musiqisi Şəfa Hüseynova aid olan mahnını yeni versiyada İlkin Həsəninin aranjiman etdiyini bildirib:

“Şəfa sağlığında “Sevgi qatarı”nı həyat yoldaşına ithaf etmişdi. Onu dəlicəsinə sevirdi. Sevgidən və ona edilən xəyanətdən yaranan bir mahnıdır. Şəfa həyatdan nakam getdi. Onunla məni oxşar məqamlar birləşdirir. O da Qərbi azərbaycanlıdır, mən də. Hər ikimiz Sumqayıt şəhərinin sakini olmuşuq. “Sevgi qatar”ı zamanında çox sevilib. Mahnının unudulmasını istəmədiyim üçün onu lentə yazdırdım. Eyni zamanda minlərlə insan bu mahnını oxumağımı istəyib”.