Ölkəmizi dünya arenalarında tanıdan məşhur idmançılarımız Novruz bayramında qeyri-adi fotosessiyanın iştirakçısı olublar.
Axşam.az-ın məlumatına görə, tanınmış idman ustaları fotoqraf Asif Bəşirovun ideyası olan “İgidlər və Novruz” lahiyəsində iştirak ediblər.
Lahiyədə Azərbaycan milli futbol komandasının hücumçusu Vüqar Nadirov, 2 qar paraalimpiya çempionu İlham Zəkiyev, taekvondoçumuz Fəridə Əzizova, Kapuera Federasiyasının prezidenti Taleh Orucov, kikboksçu Suad Səlimova, 22 qat dünya çempionu kikboksçu Eduard Məmmədov, futbolçumuz Saşa Yunusoğlu, güləşçimiz Hacı Əliyev, bodibilder Kamil Zeynallı, futbolçumuz Qara Qarayev, taekvondo üzrə milli hakim Təranə Xudabaxşıyeva, karateçimiz eltac Hümbətov iştirak ediblər.
Layihənin prodüseri Qurban Məsimov, dizayneri isə Əliqulu Qasımovdur. Fotoları A.Bəşirov və Pəri Arifqızı çəkib.