Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq - fotolar

Dənizkənarı Milli Parkda konsert və atəşfəşanlıq -  fotolar
2375 dəfə oxunub
  • A-
  • A
  • A+

Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi və bayram gəzintisi Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Dənizkənarı Milli Parkda təşkil etdikləri konsert proqramı ilə davam edib.

Axşam.az xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında şən mahnıları dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər. Yurdumuza qədəm qoyan baharı, Vətənimizin gözəlliklərini tərənnüm edən mahnılar tamaşaçılarda xoş ovqat yaradıb, onların bayram sevincini daha da artırıb.

Bayram şənliyi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Bakının bahar səması al-əlvan fişənglərlə bəzənib. (AzərTac)