Xalq artisti Teymur Mustafayev Cəlilabatda yerləşən yüz yaşlı evindən danışıb.
Axşam.az-ın məlumatına görə, ifaçı "Evdəkilərə salam" verilişində babasının, atasının bu evə görə çox əziyyətlər çəkdiyini bildirib. O, sonradan mənzilin bir müddətlik məktəb edildiyini deyib. Hazırda T.Mustafayev həmin mənzildə yaşayır.
Muğam ifaçısı bir çox sirrlərini açıqlayıb. O, yatdığı döşəyin taxdadan, balışının isə 7 ağacın qarışığından hazırlanan odun olduğunu bildirib. T.Mustafayev onun sağlamlığa xeyrli olduğunu və heç vaxt yun yorğan-döşəkdə yatmadığını etiraf edib.
Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi verilişin sözügedən buraxılışına bu gün saat 20:00-da "Xəzər" telekanalında baxa bilərsiniz.