Gürcüstan prezidenti azərbaycanlılarla yumurta döyüşdürdü - fotolar
Xəbər
18:58 / 21.03.16
947dəfə oxunub
A-
A
A+
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və baş nazir Georgi Kvirikaşvili azərbaybaycanlıların Marneuli rayonunda təşkil etdikləri Novruz şənliyinə qatılıblar.
Axşam.az-ın məlumatına görə, Novruz tonqalının alovlandırılmasında iştirak edən prezident yumurta da döyüşdürüb. Yerli sakinlərin şikayətlərini dinlədikdən sonra tribunaya qalxan prezident bölgədə yaşayan azərbaycanlıların bayramını təbrik edib.
Sonra bayram münasibəti ilə baş tutan konsertdə gürcü və Azərbaycan dillərində mahnılar səsləndirilib.