Fələstinli gözəl Gigi Hadid medianın gündəmindən düşmür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sevgilisi, müğənni Zayn Maliklə paylaşdıqları fotolarla diqqət çəkən model şəxsi karyerasında da uğurludur.
Bu yaxınlarda "Channel"in təqdimatına qatılan Gigi geyimi ilə fərqlənib. Başqa bir tədbirdə isə o, bacısı Bella ilə iştirak edib.