Monika Belluççinin gözəllik sirləri

Monika Belluççinin gözəllik sirləri
2617 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən seksual aktrisalarından biri Monika Belluççi gözəllik sirlərindən danışıb.

Axşam.az-ın məlumatına görə, cazibədarlığı ilə hər kəsi özünə heyran qoyan Monika “Daily Mail” qəzetinə verdiyi müsahibədə gözəlliyin 3 əsas səbəbini göstərib: “Ye, sev, yaşa”. Bu haqda danışmaqdan yorulmayan Monika digər maraqlı məqamlara da toxunub:

“Gözəllik nədir? Gözəllik həyatınızın və təcrübələrinizin üzünüzdə əks olunmasıdır. Daim diqqət mərkəzində olmaq istəyirsinizsə, dodaq boyanızı əskik etməyin. Fərqli paltarlar geyinməkdən çəkinməyin, ürəkli olun. Makiyajdan qaçdığım zamanlarda belə, mütləq tuşdan istifadə edirəm. Bu məqama da xüsusilə diqqət yetirmək lazımdır”.