Viktoriya Bekhem seksuallığının sirrini açdı

Viktoriya Bekhem seksuallığının sirrini açdı
4167 dəfə oxunub
  • A-
  • A
  • A+

4 uşaq anası modelyer Viktoriya Bekhem hər zaman cazibədar görünüşü ilə göz qamaşdırır.

Axşam.az xəbər verir ki, Fransanın “Closer” jurnalına müsahibə verən ulduz gözəl bədənə sahib olmağın sirlərindən danışıb:
 
“Nizamlı olaraq idman edirəm. Həftədə demək olar ki, 6 dəfə idmanla məşğul oluram. Həm seksuallığımı qoruyuram, həm də daha sağlam görünüşə sahib oluram”.
Həftənin 6 günü 10 km qaçdığını söyləyən Viktoriya ağırlıq qaldırmaqla da gözəlliyinə gözəllik qatır.

Yediyi qidalara gəlincə, modelyer çörək və düyüdən imtina etdiyini söyləyib: “Boşqabıma ən çox yarısını dolduracaq qədər yemək qoyuram. Bu formamı sağlamağım üçün mənə kömək olur”."

Dərisinin gözəlliyinə də xüsusi qayğıyla yanaşan Bekhem bütün fəsillərdə üzünə kremlərlə qulluq etdiyini və gözlük taxdığını deyib. O, vurğulayıb ki, həftədə 2 dəfə üz masajı etdirir.