Nurgül Yeşilçay gözəlliyini bu pəhrizə borcludur

Nurgül Yeşilçay gözəlliyini bu pəhrizə borcludur
2923 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Nurgül Yeşilçay xüsusi pəhrizlə arıqladığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, gözəl aktrisa tez-tez, amma az-az yediyini söyləyib:

"Hər gün mütləq şokolad yeyirəm. Şokolad mənim imtina edə bilmədiyim qidalardandır. Amma çox sevdiyim zərərli yeməklər qızartmalardır. Əvvəllər çox yesəm də, yavaş-yavaş imtina etməyə çalışıram”.

Nurgül Yeşilçayın pəhrizi:

Səhər:

Səhəri su ilə açmaq lazımdır. Ardınca səhər yeməyi yemək zəruridir. İnsan öz bədənini tanımalı və ona uyğun pəhriz tətbiq etməlidir. Səhər yeməyi olduqca əhəmiyyətlidir. Bu sizin günə gümrah başlamağınıza kömək edəcək.

Ara yemək

Alma və yaxud da ümumi meyvə salatı yeməklə toxluq hissi yarada bilərsiniz.

Nahar:

Salat, yağsız qatıq  və ya yalnız makaron.

Ara yemək:

Tost

Şam yeməyi :

Qızartma toyuq və ya balıq, yanında salat. Bütün bunların yağsız və duzsuz olması vacibdir.

Yatmazdan öncə:

Meyvə salatı və ya qatıq.

Nurgül Yeşilçay xəmir xörəklərindən tamamilə imtina etdiyini və çay, qəhvədən uzaq bir həyat yaşadığını deyib. Gündə bir saat idmanla məşğul olan Yeşilçay qoz və fındıq faydalı olduğu üçün bu çərəzlərdən də yeməyi unutmur.