Payızın 7 dəbli saç modeli

Payızın 7 dəbli saç modeli
4135 dəfə oxunub
  • A-
  • A
  • A+

Payız mövsümündə xanımlar hansı saç düzümlərinə üstünlük verəcəkləri mövzusunda tərəddüd yaşayırlar.

Axşam.az bu fəsildə tətbiq edə biləcəyiniz 7 saç stilini təqdim edir:

1. Tamamilə arxaya daranmış və sulu təsir bağışlayan saç modeli həm geyindiklərinizə ayrı ab-hava qatacaq, həm də sizin daha cazibədar görünməyinizə kömək edəcək.

2. Həcm verən spreylərdən istifadə etməklə payızın ən dəbli xanımları sırasında yer ala bilərsiniz. Belə ki, daha həcmli və dolğun saçlar hər zaman diqqət mərkəzindədir.

3. Saçınızı yandırmaqdan qorxursunuzsa, o zaman daha sadə üsullara əl ata bilərsiniz. Belə ki, təbii görünən, yalnız uclarına zərif buruqlar atdığınız saçlar cazibədarlığın simvolu hesab edilir.
 
4. Artıq saçların köhnə formada hörülməsi dəb deyil. Belə ki, adi hörgülərdən imtina edin və fərqlilik yaradın. Hörgü dərslərinə baxaraq mürəkkəb üsullar öyrənməyə çalışın.

5. Hər zaman dəbdə olan düz saçlar bu payız da öz aktuallığını qoruyur. Amma nəzərə alın ki, payızda düz saçları saxlamaq nisbətən çətindir.

6. Saçın quyruq şəklində sadə formada yığılması bu payızda imtina edə bilmədikləriniz sırasında olmalıdır. Sizi məktəb vaxtlarınıza aparacaq bu model, həm də sadəlik bəxş edəcək.


7. Daha bir üsul isə sadə lentlərdən istifadə etməkdir. Saçınızın yanmasından və zədələnməsindən qorxursunuzsa, önünə maraqlı aksessuarlar taxaraq həm səliqəsiz görünməsinin qarşısını alın, həm də öz dəbinizi yaradın.