ATV telekanalında yayımlanan “Özünə bax” zövq yarışmasının dünənki buraxılışında maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, türkiyəli modelyerlər Hakan Akkaya və İvana Sertin qonaq olduğu verilişdə üç iştirakçı yarışıb.
Podiuma ilk çıxan Ayşən adlı xanım geyim tərzi ilə münsiflərin xoşuna gəlib. Hakan “İndiyədək bu yarışmada gördüyüm ən zövqlü xanımsan” deyərək onu tərifləyib. Yarışmaya qatılan Muran adlı hicablı xanım isə münsiflər arasında söz-söhbətə səbəb olub. İvana ilə Hakan gənc iştirakçının finala keçib-keçməməsi ilə bağlı mübahisə edib. Müsabiqədə yalnız bir nəfər ikinci yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, Axşam.az saytının informasiya dəstəyi ilə “Özünə bax 2” həftəiçi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Yarışmanın birincisinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə ediləcək.
Foto: Bəhruz ƏLİZADƏ

