Müğənni Cəvahir Abdulova sürücülük qabiliyyətindən danışıb.
Axşam.az-ın məlumatına görə, özünü ideal sürücü adlandıran sənətçi bəzən qayda pozduğunu da etiraf edib:
“Maşın sürməyi qısa vaxtda öyrənmişəm. Özümü yaxşı sürücü kimi təqdim edə bilərəm. Amma bu yaxınlarda bir dəfə qəza keçirmişəm. Yaxşı ki, özümə heç nə olmadı. Ondan sonra yol gedəndə çox diqqətli olmağa çalışıram, qaydaları pozmuram. Bir dəfə kobud qayda pozuntusu etmişəm.
İşlə bağlı bir yerə getmişdim. Evdən zəng gəldi, bacım ağlaya-ağlaya qışqırdı ki, evə tez gəl, ana ölür. Necə şoka düşdümsə, sürətlə evə götürüldüm. Şəhərin bir başından o biri başına qırmızı, sarı, yaşıl işıq bilmədən sürətlə gəldim. Amma əsas odur ki, evə vaxtında çatıb anamı xəstəxanaya apara bildim. Sürücülük vəsiqəmə bal yazılmışdı”.