Xalq artisti Flora Kərimovanın qızı Zümrüd anasından danışıb.
Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Günəbaxan” verilişinə qonaq olan Zümrüd heç vaxt anasını alqışlamadığını deyib:
“Bu günə kimi heç vaxt anamı alqışlamamışam. Tanıdığım-tanımadığım bütün müğənnilərə əl çalmışam. Ona isə hər zaman yalnız qulaq asmışam. Kənardan izləyib, ondan bir ana kimi enerji almışam. İlk dəfə anamı bu gün “Məhəbbətim” mahnısını ifa edəndə alqışladım”.