Gözəl dəri üçün təravətləndirici vanna

Gözəl dəri üçün təravətləndirici vanna
1382 dəfə oxunub
  • A-
  • A
  • A+

Havaların soyuması dərinin solğun görünməsinə səbəb olur.

Bu ərəfədə vanna otağında çox vaxt keçirtməyi arzulayırıq. Dərimizin və gözəlliyimizin qayğısına qalmaq üçün vanna otağındakı vaxtdan səmərəli istifadə etməliyik. Vanna otağında dəri üçün lazımlı olan bir çox vasitələrdən istifadə etmək mümkündür.

Axşam.az saytı dərini təravətləndirmək və gözəlləşdirmək üçün lazım olan vasitələri təqdim edir: 

• Əvvəlcə vannanı isti su ilə doldurun.

• İçərisinə rozmarin, lavanda, casmin və səndəl yağları damcıladın. Bu dərinin elastikliyini artıracaq.

• Vannaya birdəfəlik yox, yavaş-yavaş oturmağa çalışın. Bu, bütün stresinizi atmağınıza kömək edəcək.
 
• Əgər dərinin tündləşməsini istəyirsinizsə, onda qara çayı dəmləyib, vannaya töküb, uzanın. Dəriniz bürünc rəngdə olacaq.