Sertap Erenerin gözəllik sirri

Sertap Erenerin gözəllik sirri
3691 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Sertap Erener formada qalmasının sirrini açıb.

Axşam.az xəbər verir ki, sənətçi bir çox dünya ulduzları kimi "Kangoo jump" ("Kenquru sıçrayışı") texnikası ilə artıq çəkidən qorunur.

Sertap hər səhər xüsusi ayaqqabıları ilə parkda hoppanaraq məşq edir. Müğənni bunun həm əyləncə, həm sağlamlıq üçün faydalı məşğuliyyət olduğunu deyib.

Qeyd edək ki, ABŞ-da son illərdə geniş yayılan "Kangoo jumps" ayaqqabıları 45 dəqiqədə 1000 kalori yandırmağa kömək edir.