Nüşabə Ələsgərli plastik əməliyyat olundu

Nüşabə Ələsgərli plastik əməliyyat olundu
2836 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nüşabə Ələsgərli bu gün səhər plastik əməliyyat olunub.

Axşam.az-ın məlumatına görə, bu haqda “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində deyilib. Əməliyyatla bağlı məlumat verən İstanbul FBM-in plastik-cərrahı Səbahəddin Kandal N. Ələsgərlinin özünü yaxşı hiss etdiyini deyib:

“Əməliyyat bu gün səhər saatlarında olub. Nüşabə xanımın gözətrafına bəzi müdaxilələr edilib. Bir müddət əvvəl onun göz qapaqlarında əməliyyat olunmuşdu. Bu dəfə də bir neçə dəyişikliklər oldu. Bir də Nüşabə Ələsgərlinin ayağında liposaksiya edildi”.

Efirə canlı telefon bağlantısı ilə qoşulan Nüşabə Ələsgərli hazırkı səhhətindən danışıb:

“Özümü əla hiss edirəm. Hər şey yaxşıdır. Heç nə hiss etmədim, əməliyyat gözəl keçdi. Çox razı qaldım. Birazdan evə gedəcəm. Gözümün üst qapağında və ayağımda əməliyyat edildi. Ayağımda həm liposaksiya edildi, həm də yağ götürülüb gözümün altına vuruldu”.