Müğənni Hadisə Adanada konsert verib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sənətçi bu dəfə səhnəyə sarı transparan libasda çıxıb.
Köhnə və yeni mahnılarını səsləndirən Hadisə 2 saat tamaşaçılarını əyləndirib.
Sənətçini dinləmək üçün 30 mindən çox izləyici meydana axışıb.