Xəbər verdiiyimiz kimi, dünya şöhrətli alim Lütfü Zadənin cənazəsi bu gecə saat 03.00 radələrində Bakıya gətirilib.
Axşam.az-ın məlumatına görə, mərhumla bağlı vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib.
Mərasimdə prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak edib. Prezident İlham Əliyev Lütfi Zadənin yaxın qohumu, xalq artisti Cənnət Səlimovaya başsağlığı verib.
Mərasimdə çıxış edən AMEA prezidenti Akif Əlizadə Lütfi Zadənin yaradıcılığından danışıb:
"Axırıncı dəfə Bakıda 2008-ci ildə olub. Bakının inkişafı onu heyran edib. Onun bu gün elmi məktəbləri var. Azərbaycan dövləti onun böyük alim olmağını yüksək qiymətləndirib. Ona " Dostluq " ordeni və Nizami Gəncəvi adına qızıl medal verilib. Onun vəfatı dünya ictimaiyyətini kədərləndirir".
Təhsil naziri Mikayıl Cabbarov da Lütfi Zadə ilə bağlı xatirələrini bölüşüb.
Xalq artisti, mərhumun xalası qızı Cənnət Səlimova bildirib ki, Zadə bu torpağa bağlıdır və əbədiyyən ruhu burada yaşayacaq.
Foto: İlqam CƏBİYEV