Müğənni qırmızı xalıda eks-sevgilisi ilə təpik davasına çıxdı -fotolar
Dünya
13:45 / 29.09.17
4879dəfə oxunub
A-
A
A+
Rusiyanın tanınmış müğənnisi Alina Yan qatıldığı mükafatlandırma mərasimində keçmiş sevgilisi Romanla sillə-təpik davasına çıxıb.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, qırmızı xalıda jurnalistlərin sualalrını cavablandıran Alinaya kənardan eks-sevgilisi müdaxilə edib. Yanın rəngli saçlarına lağ edən Roman “Çəkməli pişiyə oxşayırsan” deyib. Bundan əsəbiləşən Alina əli ilə Romanı itələyib. Lakin keçmiş sevgili bununla kifayətlənməyərək müğənniyə söz atmağa davam edib.
Bu dəfə isə cütlüyün arasında təpik davası başlayıb. Alina daha sonra açıqlama verərək “Romanla bir müddətdir eşq yaşadıq. Məni keçmiş sevgilisi ilə aldatdı” deyib. Roman isə “Alinanın geyimi çox gülməli idi. Bunu deyəndə mənə güldü. Nə baş verdiyini anlamadım”, - deyə açıqlama verib.