Yağlı dəri üçün maskalar

Yağlı dəri üçün maskalar
3301 dəfə oxunub
  • A-
  • A
  • A+

Yağlı dəri daha çox səpməyə meyillidir. Buna görə də yaranabiləcək qüsurların qarşısını əvvəlcədən almaq lazımdır. Bunun ən yaxşı vasitəsi isə ev şəraitində maska hazırlayıb, üzə çəkməkdir.

Axşam.az saytı rus mətbuatına istinadən yağlı dəri üçün yararlı olacaq maskaları təqdim edir:

Dəvədabanı yarpağından maska

2 xörək qaşığı quru dəvədabanı yarpaqlarının əzilmişini qaynar suya əlavə edib, əvvəlcə yüksək, sonra aşağı temperaturda bir neçə dəqiqə qaynadın. Alınan məhlulu tənzifin üzərinə bir qat çəkib, 15-20 dəqiqə üzdə saxlayın. Sonra ilıq su ilə yuyun.

Quzuqulağı maskası

Təzə quzuqulağı və dəvədabanı yarpaqlarını əzib qarışdırın. Qarışığın üzərinə 2 dəfə çox qaynanmış su əlavə edib, 1,5–2 dəqiqə qaynadın. Bir az soyudub, isti halda tənzifin üzərinə qoyub, təmiz üzdə 15-20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun.