Oksanadan xanımlara gözəllik tövsiyəsi

Oksanadan xanımlara gözəllik tövsiyəsi
3317 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova şou-biznesin baxımlı görünməyi sevən simalarındandır.

Axşam.az-ın məlumatına görə, sənətçi özəl pəhriz saxlamasa da, üz və saç baxımlarından tez-tez istifadə edir. Rəqqasə bu sirlərini oxucularımızla bölüşüb:

“Üzümə çox vaxt salonda qulluq etdirirəm. Evdə vaxtım olmur. Amma xanımlar evdə on dəqiqə vaxt səerf etməklə üzlərinə baxa bilərlər. Üzümü ancaq sabunla yuyuram və nəmləndirici krem çəkirəm. Gecə yatmazdan əvvəl axşam üçün olan krem vururam. Hər 6 aydan sonra mexaniki üz təmizləməsindən istifadə edirəm.

Hindistandan sonra mədəmdə problemlər yarandı. Ona görə də yediklərimə diqqət edirəm. Ən çox saçlarıma qulluq edirəm. Hər dəfə yuduqdan sonra orqanik yağı çəkib, fenləyirəm. Bu, tökülmənin qarşısını alır, canlandırır”.